“Ana obrazını canlandırmaqdan bezdim”

Türkiyəli aktrisa Nebahat Çehre uzun müddətdir seriallarda çəkilməməsinin səbəbini açıqlayıb.

ONN media  xəbər verir ki, aktrisa ana obrazını canlandırmaqdan bezdiyini deyib:

“Mənə uyğun tərzdə obraz olsa, qayıdacağam. Bu şərtlərdə hansısa layihədə olmağı düşünmürəm. Klassik ana obrazından çıxmaq istəyirəm. Təbii ki, ana yaşındayam, amma o mənada demirəm. Mənim yaşımda qadınlar da cəmiyyətdə faydalı işlər həyata keçirirlər. Evdə oturan, gəlini ilə oğluna hökmranlıq edən ana obrazından bezdim”.