ONN İnformasiya Agentliyi

Anar Kərimov Gürcüstana səfər edəcək

Anar Kərimov Gürcüstana səfər edəcək
04 May 2021 - 13:07

Gürcüstanın mədəniyyət, idman və gənclər naziri Tea Tsulukiani və Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev arasında görüş keçirilib.

ONN media  xəbər verir ki, bu barədə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi məlumat yayıb.

Görüşdə iki ölkə arasında mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Tərəflər həmçinin Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun bu ilin iyununda Gürcüstana baş tutacaq səfəri barədə də müzakirə aparıblar.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png