Arutyunyan məsuliyyətə cəlb olunacaq – Baş prokuror

Özünü qondarma respublikanın rəhbəri elan etmiş şəxs və onunla birgə olan digər şəxslərə qarşı cinayət məcəlləsinin müvafiq maddələri ilə ittihamlar irəli sürülüb.

ONN media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev bildirib.

O qeyd edib ki, həmin ittihamlar sübutlarla təsdiq olunub: “Gec-tez həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olunacaq”.