ONN İnformasiya Agentliyi

Ayaqlardakı ağrılara son

Ayaqlardakı ağrılara son
17 Noyabr 2021 - 19:49

Günün sonunda ayaqlarınızda ağrı, şişkinlik hiss edirsiniz? Bu yorğunluğu aradan qaldıran ən yaxşı yollardan biri ayaq vannası qəbul etməkdir.

ONN media ayaqlarınıza qulluq edərək ağrılarını sonlandıran vannaları təqdim edir.

Tərkibi:

İsti su
½ xörək qaşığı kokos yağı
4 damcı nanə yağı
4 damcı evkalipt yağı

Yağları suya əlavə edin və ayaqlarınızı təxminən 20 dəqiqə vannada saxlayın. Sonra kokos yağı ilə ayaqlarınızı masaj edib corablarınızı geyinin. Bu həm də ayaq dərisinin sərtləşməsinin qarşısını alacaq.

Tərkibi:

İsti su
6 paket çobanyastığı çayı
½ fincan İngilis duzu
5 damcı lavanda yağı
3 xörək qaşığı bal

İsti suya çay paketlərini atıb 5 dəqiqə gözləyin. Digər ləvazimatları da əlavə edib ayağınızı 20 dəqiqə vannada saxlayın.

Tərkibi:

İsti su
1 stəkan bal
½ fincan İngilis duzu
2 stəkan dəmlənmiş qəhvə

Bu vannada ayaqları 20 dəqiqə saxlamaq kifayətdir.

Tərkibi:

İsti su
½ fincan düyü
3 xörək qaşığı soda
10 damcı çay ağacı yağı

Əvvəlcə düyünü suda qaynadın. 2-3 stəkan düyü suyunu ilıq su ilə qarışdırın. İçinə soda və çay ağacı yağı əlavə edin. Ayaqlarınızı 10-15 dəqiqə bu suda saxlayın.

Tərkibi:

İsti su
2 stəkan alma sirkəsi

Ayaqları suda təxminən 15 dəqiqə saxlamaq kifayətdir. Bu vanna həm də ayaqda olan mikrobları iltihabı aradan qaldıracaqdır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png