ONN İnformasiya Agentliyi

Azərbaycan XİN Meksikaya başsağlığı verdi

Azərbaycan XİN Meksikaya başsağlığı verdi
04 May 2021 - 15:43

Xarici İşlər Nazirliyi (XİN) Mexikoda metro körpüsünün çökməsi ilə əlaqədar Meksikaya başsağlığı verib.

Bu barədə nazirliyin “Twitter” səhifəsində yazılıb.

Nazirlik bildirib: “Mexiko şəhərində metro körpüsünün çökməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Bu faciəvi qəzada həlak olanların ailələrinə, eyni zamanda, Meksika hökumətinə və xalqına başsağlığı verir və yaralananların hamısının tezliklə sağalmasını diləyirik”.

Qeyd edək ki, Mexikoda hadisə nəticəsində 23 nəfər ölüb, 70-ə yaxın şəxs xəsarət alıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png