ONN İnformasiya Agentliyi

Azərbaycanda əməliyyat – Saxta polis belə tutuldu

Azərbaycanda əməliyyat – Saxta polis belə tutuldu
06 Aprel 2021 - 16:17

Lənkəranda saxta polis saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan ONN media -ya verilən məlumata görə, Lənkəran rayonunun Göyşaban kənd sakini Elsevər Cəfərzadə idarə etdiyi “Mercedes” markalı avtomobillə rayon ərazisində saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə (ŞRPŞ) gətirilib.

Onun əynində arxa hissəsinə iri şriftlərlə “Polis” sözü yazılmış gödəkçə, sifətində üzərində “polis” sözü yazılmış qoruyucu maska, kəmərində antenalı olmaqla xüsusi vasitə olan əl radiostansiyasını xatırladan mobil telefon aşkarlanıb.

İdarə etdiyi avtomobildən isə polis əməkdaşının fərqlənmə nişanı olan şevronlar, polis baş serjantı poqonları, bir ədəd qara kaburun içində oyuncaq tapança və 1 ədəd qara rəngli maska aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

“Polis əməkdaşı olduğunu imitasiya edən bu şəxsin əməlindən zərərçəkən varsa aidiyyatı üzrə məlumat vermələri xahiş olunur”, – Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png