Azərbaycanda qanlı dava – Ölən və yaralanan var

Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib.

ONN media  xəbər verir ki, hadisə bu gün saat 16:00 radələrində rayon ərazisində qeydə alınıb.

Ağır bıçaq xəsarətləri ilə rayon sakiniləri – 1985-ci il təvəllüdlü Validə Məzahir qızı Kərimova və Qarabörk kənd sakini, 1988-ci il təvəllüdlü Qasim Fazil oğlu Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər. Həkimlərin səyinə baxmayaraq V. Kərimova xəstəxanada ölüb.

Hadisənin hansı şəraitdə baş verməsi hələki dəqiq məlum deyil.

Faktla bağlı araşdırma aparılır.