Azərbaycanda uşaqlar arasında mədə-bağırsaq xəstəlikləri artıb

“Son illər uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin yayılması halları artıb”.

ONN media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova deyib.

Onun sözlərinə görə, 0-13 yaşda olan uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliyi 2010-cu ildə 35 954 hal təşkil edirdisə, ötən il bu rəqəm 42 490 olub:

“Rəqəmlərdən görünür ki, bu xəstəlikdə artım olub. 18 yaşadək uşaqlarda isə 2010-cu ildə həmin xəstəlik üzrə göstərici 45 000 təşkil edirdisə, keçən il bu rəqəm 57 592-i olub.

Mədə-bağırsaq sistemi xəstəliklərinin artmasına səbəb düzgün həyat tərzinin təbliğ edilməməsi və düzgün qidalanmanın olmamasıdır.

Uşağa yeyə biləcəyi qədər qida vermək, onun üçün düzgün və planlaşdırılmış qida rasionu tətbiq etmək lazımdır”.