ONN İnformasiya Agentliyi

Azərbaycanda xeyli sayda rayonda QAZ KƏSİLDİ

Azərbaycanda xeyli sayda rayonda QAZ KƏSİLDİ
21 Yanvar 2021 - 11:00

Azərbaycanda 20-yə yaxın rayonun bəzi kəndlərində qazın verilməsində problem yaranıb.

ONN media  xəbər verir ki, bu barədə “Azəriqaz” İsthsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, saatlarından ölkənin 20-yə yaxın rayonun müəyyən yaşayış məntəqələrində, əsasən kənd yerlərində qazın verilməsində kəsintilər olub: “Bununla bağlı araşdırma aparılır və paralel olaraq qazın verilməsi bərpa edilir”.

Qeyd edək ki, dünən axşam saatlarından etibarən, İmişli, Sabirabad, Neftçala, Masallı, Hacıqabul, Lənkəran və digər rayonlarda qazın verilməsində kəsintilər əmələ gəlib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png