ONN İnformasiya Agentliyi

Azərbaycanın valyuta ehtiyatları 3 faiz artdı

Azərbaycanın valyuta ehtiyatları 3 faiz artdı
03 May 2021 - 17:48

Azərbaycanın valyuta ehtiyatları bu il aprelin 1-nə 49 mlrd 117,5 mln ABŞ dolları təşkil edib.

ONN media xəbər verir ki, bunun 87,1%-i və yaxud 42 mlrd 761,3 mln ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 12,9%-i və yaxud 6 mlrd 356,2 mln ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin I rübündə ölkənin valyuta ehtiyatları 816,2 milyon ABŞ dolları və yaxud 1,6% azalıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 803 milyon ABŞ dolları və yaxud 1,8% az, AMB-nin valyuta ehtiyatlarında isə 13,2 milyon ABŞ dolları və yaxud 0,2% azalma olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 374,2 milyon ABŞ dolları və yaxud 2,9% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 1 411,8 milyon ABŞ dolları və yaxud 3,4% çox, AMB-nin valyuta ehtiyatları isə 37,6 milyon ABŞ dolları və yaxud 0,6% azalma nümayiş etdirib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png