Azərbaycanlı aktyor Türkiyədə mükafata layiq görüldü

Aktyor Tural Ələkbər  Türkiyədə keçirilən  “Altın Melek Ödül” gecəsində mükafata layiq görülüb.

ONN media xəbər verir ki, Ödül gecəsində Türkiyənin serial və film ulduzlarıda  iştirak edib.

Bildirək ki, bu aktyorun Türkiyədə aldığı sayca ikinci mükafatdır. 

Qeyd edək ki, Tural Ələkbər-i Cehizsiz Gəlinlər, Ata Ocağı, Bir Qadın,13-cü mənzil seriallarındakı  rolları ilə tamaşaçılara tanışdır.