AzTV-də yoxlamalar aparılır: “İki həftədir…”

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (AzTV) audit yoxlaması aparılır.

ONN media xəbər verir ki, bu barədə “Unikal”a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

O, iki həftədir aparılan audit yoxlamasının hazırda davam etdiyini, yoxlamalar başa çatandan sonra ictimaiyyətə bu barədə məlumat veriləcəyini deyib.