ONN İnformasiya Agentliyi

Bəzi marşrut xətlərinin hərəkət sxemi DƏYİŞDİRİLDİ

Bəzi marşrut xətlərinin hərəkət sxemi DƏYİŞDİRİLDİ
02 Mart 2021 - 20:17

İbrahimpaşa Dadaşov küçəsinin Süleyman Sani Axundov kəsişməsindən Cəfər Xandan küçəsinin kəsişməsinə qədər olan hissəsində (Tenis Akademiyasının qarşısı) aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq ərazidə texnikaların olması avtobusların hərəkətində müəyyən çətinlik yaradıb.

Bakı Nəqliyyat Agentliyindən ONN media -ya bildirilib ki, bu səbəbdən 6, 88, 88A və 202 nömrəli müntəzəm marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq aşağıda qeyd olunan qaydada təşkil edilib.

6, 88 və 88A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar mərkəz istiqamətində Süleyman Sani Axundov-Şövkət Məmmədova-Cəfər Xandan küçələri ilə, 88 nömrəli avtobuslar “Azadlıq prospekti” metro stansiyası istiqamətində Azadlıq prospekti-Süleyman Sani Axundov küçələri ilə, 202 nömrəli avtobuslar isə “Nəriman Nərimanov” metro stansiyası istiqamətində Süleyman Sani Axundov–Şövkət Məmmədova küçələri ilə hərəkət edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png