ONN İnformasiya Agentliyi

Badımcan turşusu resepti

Badımcan turşusu resepti
06 Dekabr 2021 - 18:36

Tərkibi:
Badımcan
Sarımsaq
Kök
Cəfəri
Duz
Sirkə

Hazırlanması:
Badımcanları aypara şəklində doğrayın. Üzərinə duz səpib acı suyunun çıxmasını gözləyin. Suyu çıxandan sonra badımcanları sıxıb başqa bir qaba qoyun. Üzərinə kökü doğrayın. Sarımsaqları soyub, üç-dörd yerə bölün və əlavə edin. Bir dəstə cəfərini də doğrayaraq qarışığa qatın. Yaxşı-yaxşı qarışdırdıqdan sonra duz əlavə edin. Daha sonra şüşə qablara yığmağa başlayın. Yarısına çatdıqda sirkə töküb yenidən davam edin. Ağzını bağladıqdan sonra soyuducuya qoyun. Bir həftə sonra artıq ət yeməklərinin yanında ailə üzvlərinizə təqdim edə bilərsiniz.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png