ONN İnformasiya Agentliyi

Bakıda bayram namazı qılındı

Bakıda bayram namazı qılındı
21 İyul 2021 - 10:21

Bakıda Qurban bayramı namazı qılınıb.

ONN media xəbər verir ki, Bakının “Təzəpir” məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib.

Namazda İranın ali lideri ayətullah Seyid Əli Xaməneinin Azərbaycandakı nümayəndəsi Seyid Əliəkbər Ocaqnejat və İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi də iştirak ediblər.

Xatırladaq ki, Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu il bayram 20-21 iyul tarixlərinə təsadüf edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png