Bakıda dördəm doğuldu

Bu gün “Leyla Medical Center”də dördəmlər dünyaya gəlib.

ONN media bildirir ki, tibb müəssisəsindən “Report”a bildirilib ki, körpələrdən üçü oğlan, biri isə qızdır.

Qeyd olunub ki, körpələrin çəkiləri 1 140 qr (oğlan), 1 350 qr (oğlan), 1 230 qr (oğlan), 1 120 qr-dır (qız): “Ananın və uşaqların vəziyyəti stabildir”.

Məlumat üçün bildirək ki, bu 30 yaşlı qadının ilk hamiləliyi olub.