Bakıda evləri park ərazisinə düşən şəxslər 2,5 milyon tələb etdi

Bakının mərkəzində yerləşən Qış parkının ərazisinin genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

Hazırda parkın yuxarı hissəsində, yəni Yasamal rayonu Nəriman Nərimanov prospektinin şimalı istiqamətində genişləndirilmə layihəsi icra edilir. Artıq ərazidəki ev və digər obyektlərin böyük əksəriyyəti sökülüb. Lakin prospektin kənarında, orta məktəbin yaxınlığında yerləşən 2 mərtəbəli mülkün sahibləri isə onlara təklif edilən kompensasiya ilə razılaşmayıblar.

Mülkün sahibi olan 2 ailə söküntü qarşılığında təxminən 2,5 milyon manat ödənilməsini tələb ediblər. Bu səbbədən də tərəflər arasında fikir ayrılığı yaranıb və həmin bina toxunulmadan saxlanılıb.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, həmin şəxslər ərazi üzrə real əmlak qiymətlərindən kəskin artıq kompensasiya tələb edir.