ONN İnformasiya Agentliyi

Bakıda I “Uşaq Kitab Festivalı” keçiriləcək

Bakıda I “Uşaq Kitab Festivalı” keçiriləcək
30 Mart 2022 - 20:44

2-3 aprel tarixlərində Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə I “Uşaq Kitab Festivalı” keçiriləcək.

ANAİB-dən  verilən məlumata görə, sərgidə müxtəlif nəşriyyatlar, kitab evləri, eləcə də fərdi şəxslər iştirak edə, uşaq kitablarını sata biləcəklər.

Həmçinin Təhsil Nazirliyinin təşkil etdiyi “Düşünən oxucu” müsabiqəsinin mükafatlandırma mərasimi də sərgi çərçivəsində baş tutacaq. Mərasimə təhsil naziri Emin Əmrullayevin də qatılması gözlənilir.

Türkiyədən dəvət olunmuş məşhur uşaq yazıçısı Suat Turqutun imza mərasimi də bu tarixlərdə baş tutacaq.

Bundan başqa, tədbirdə müxtəlif panellər, nağıl, tamaşa saatları təşkil olunacaq, tanınmış uşaq yazıçıları, eləcə də incəsənətin müxtəlif sahələrini təmsil edən mütəxəssislərlə görüş keçiriləcək, o cümlədən aktyor və yazıçı Bəhram Bağırzadə, yazıçılar Şəmil Sadiq, Zahid Xəlil, Vüqar Haqverdiyev, Həmid Piriyev, Elgüsel, Xülya Cəfərova, Reyhan Yusifqızı, Amin Sükut və başqalarının təqdimat və imza günləri olacaq.

“Passaj”da baş tutacaq kitab bayramı gün ərzində saat 10:00-dan 20:00-dək davam edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png