Bakıda ölmüş dölü kişinin həyətinə atan qadın saxlanılıb

Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanılıb.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Qeyd edək ki, N.Həsənova paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.