Bakıda “Porsche” ağır qəza törətdi – ÖLƏN VAR

Ötən gün Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONN media  xəbər verir ki, saat 17 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini T.Hüseynli idarə etdiyi “Porsche” markalı avtomobillə yolu keçən paytaxt sakini E.Qarayevi vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Xətai RPİ tərəfindən araşdırma aparılır.