Baxçalı koronavirusa qarşı peyvənd edildi

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı yeni növ koronavirusa (COVID-19) qarşı peyvənd olunub.  

ONN media bildirir ki, bu barədə MHP sədri “Twitter”də bildirib.

Peyvəndləmə prosesi partiyanın mərkəzi qərargahında baş tutub.

Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı kütləvi vaksinasiya prosesinə başlanılıb. İlk olaraq tibb işçilərinin peyvəndlənməsinə start verilib. Tibb işçilərindən sonra yaşlı insanlar peyvənd olunacaq. 

Xatırladaq ki, Türkiyədə vaksinasiya prosesində Çinin “Sinovak” əczaçılıq korporasiyası tərəfindən hazırlanmış “Koronavak” inaktiv peyvəndindən istifadə olunur.