ONN İnformasiya Agentliyi

Bayramov İran XİN rəhbəri ilə telefonla danışdı

Bayramov İran XİN rəhbəri ilə telefonla danışdı
12 Oktyabr 2021 - 23:51

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan arasında telefon danışığı olub.

Bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, nazirlər ikitərəfli münasibətlərdəki son vəziyyəti müzakirə ediblər.

Müzakirə zamanı ölkələrin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmətin vacibliyi vurğulanıb.

XİN-in açıqlamasında deyilir ki, Tehranla Bakının köklü əlaqələri var. Bundan başqa, iki ölkənin əlaqələrində anlaşılmazlıqların qarşısının alınmasının zəruriliyi qeyd olunub.

İran XİN rəhbəri əlavə edib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümidvardır.

Ceyhun Bayramov bildirib ki, İranla Azərbaycan dost münasibətindədir: “Dost ölkələrlə münasibətlər Azərbaycan Respublikası üçün prioritetdir”.

Azərbaycan xarici işlər naziri problemlərin dialoq yolu ilə, sakit və səmimi bir mühitdə həll edilməsinin zəruriliyini də qeyd edib.

XİN rəhbərləri bir-birini Bakı və Tehrana dəvət ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png