ONN İnformasiya Agentliyi

Bayramov iraqlı həmkarı ilə görüşdü

Bayramov iraqlı həmkarı ilə görüşdü
12 Oktyabr 2021 - 22:39

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının 60 illik yubileyi ilə bağlı Belqradda keçirilən yüksək səviyyəli tədbir çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.

ONN media xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Görüşdə nazirlər iki ölkə arasında əlaqələrin genişləndirilməsi, o cümlədən iqtisadi sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Turizm sahəsində əlaqələrin genişləndirilməsi potensialı vurğulanıb.

Nazirlər bölgələrdəki ən son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması üçün beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png