ONN İnformasiya Agentliyi

Bazarda bu məhsullar bahalaşıb – QİYMƏTLƏR

Bazarda bu məhsullar bahalaşıb – QİYMƏTLƏR
18 Fevral 2021 - 11:25

Paytaxt bazarlarında soğan, xiyar və pomidorun qiymətində artım müşahidə olunur.

ONN media  xəbər verir ki, xüsusilə soğanın qiymətində bahalaşma var.

Rusiyadan gətirilən soğanın 1 kiloqramı 1 manatdır. Əvvəl  soğanın qiyməti 30-50 qəpik civarında idi.

Keşlə bazarında pomidor və xiyarın qiymətində artım müşahidə edilir. Pomidor 2,50 AZN, xiyar isə 5 AZN-ə təklif olunur.

Satıcılar deyirlər ki, son zamanlar bu məhsulların topdan satış qiymətinin dəyişməsi bahalaşmaya səbəb olub.

8-ci kilometr bazarında isə satıcılar alıcı qıtlığından gileylənir. Bu bazarda qiymətlər nisbətən daha ucuzdur.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png