ONN İnformasiya Agentliyi

Beyti kababı resepti

Beyti kababı resepti
16 Sentyabr 2021 - 20:21

Tərkibi:
1 ədəd yumurta,
1 ədəd soğan,
2 diş sarımsaq,
1 çay stəkanı suxarı ,
1 çay qaşığı cirə,
1 çay qaşığı 5stiot,
1,5 şirniyyat qaşığı duz,
1 yemək qaşığı zeytun yağı,
400 qram qiymə,

Lavaşı üçün:
5,5 su stəkanı un,
2 stəkan ilıq su,
1 paket instant maya,
2 yemək qaşığı duz

Sosu üçün:
1 yemək qaşığı kərə yağı,
1 yemək qaşığı pomidor tomatı,
1 yemək qaşığı su,
1 şirniyyat qaşığı bibər tomatı,
1 kasa sarımsaqlı qatıq

Lavaşın hazırlanması:
Unu bir qaba ələyin və sonda isə duzunu əlavə edəcək şəkildə bütün ərzaqları qarışdırın.
Hamar bir konsistensiya alana qədər yoğurun.
Yoğurduğunuz xəmirləri 30 qramlıq kündələrə ayırın.
Kündələdiyiniz xəmir kündələrinin üzərinə nəmli bir bez və ya strec film çəkin.
Mayalanan xəmirləri azca unlayaraq vərdənənin yardımı ilə incə yayın.
İncəltdiyiniz xəmirləri sacda və ya teflon tavada bişirərək soyumağa qoyun.

İstəsəniz hazır yuxa və ya lavaş da istifadə edə bilərsiniz.
Lavaşı bişirmək üçün tavanızı yağlayın .

Sosun hazırlanması:
Kərə yağını əridin.
Pomidor və bibər tomatını da əlavə edin.
Suyunu da əlavə edib bir -iki dəqiqə pokurdayana qədər qarışdırın.

Küftənin hazırlanması:
Fırını 180 dərəcəyə yaxın qızdırın.
Soğan və sarımsağı robortdan keçirin və suyunu süzün.
Qiyməni bir qaba alın.
Soğan və sarımsağı da əlavə edib azca qarışdırın.
Suxarı, yumurta, zeytinyağı və ədviyyatları əlavə edin.
Ərzaqları bir -birinə qatışdıraraq yoğurun.
Hazırladığınız qiyməni strec filmə bükərək soyuducuda 15 dəqiqə saxlayın.
Yağlı kağız sərilmiş soba tabağına küftələri yığın.
Küftələri uzunsov şəklinə salın.
İstəsəniz şişdə də bişirə bilərsiniz.
Küftələri yaxşıca bişirin.
Bişən küftələri daha öncədən hazırladığınız lavaşın içinə bükün.
İstəsəniz yuvarlaq şəkildə dilimləyə bilərsiniz.
Dilimlədiyiniz kababları tabağa düzün və daha 5-10 dəqiqə sobada bişirin.
Üzərinə hazırladığınız qatıq sosu və tomatlı yağlı sosu da əlavə edərək servis edə bilərsiniz.
Küftələri bişirərkən yanına pomidor və bibər əlavə edərək tabağınızı daha da rəngləndirə bilərsiniz.

Nuş olsun!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png