ONN İnformasiya Agentliyi

“Bozbash Pictures”in qəhrəmanları ekranlara qayıdır

“Bozbash Pictures”in qəhrəmanları ekranlara qayıdır
09 Aprel 2021 - 13:05

Aktrisa Nərgiz Əliyeva “Bozbash Pictures”in qəhrəmanları ilə birlikdə “Vağzalı” adlı komediya filmində rol alıb.

ONN media  xəbər verir ki, ekran işinin çəkilişləri 2019-cu ildə baş tutsa da, premyerası hələ gerçəkləşməyib.

Belə ki, təqdimatı ötən ilin mayına planlaşdırılsa da, ölkədə tətbiq edilən sərt karantin rejiminə görə təxirə salınıb.

Şahin Qəhrəmanın rejissorluq etdiyi layihədə Nicat Rəhimov, İlkin Misgərli, eləcə də Elcan Rəsulov, Elşən Hacıbabayev kimi tanınmış simalar yer alıb.

Filmin baş qəhrəmanı N.Əliyeva rolu barədə açıqlama verib: “Obrazımın adı Samirədir. O, qardaşı tərəfindən zorla başqa birisinə ərə verilən xanımdır. Samirənin isə öz sevdiyi şəxs var və qardaşı tərəfindən məcburi şəkildə evləndirilməsinə etiraz edir. Bununla da o, Bakıdan gələn musiqiçilərin avtomobilinə minərək yaşadığı bölgədən qaçır. Film barədə detallı məlumat vermək istəmirəm. Ümid edirəm ki, tezliklə pandemiyadan xilas olacağıq və “Vağzalı”ya rahat şəkildə kinoteatrlarda baxacağıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png