ONN İnformasiya Agentliyi

BTQ xətti ilə yük daşımaları artırılacaq

BTQ xətti ilə yük daşımaları artırılacaq
13 Oktyabr 2021 - 22:25

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun potensialının tam istifadəsinin qarşısında dayanan maneələr birgə səylərlə aradan qaldırılacaq.

ONN media  xəbər verir ki, bu barədə ötən həftə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli protokolunda bildirilir.

Qeyd olunur ki, dəmiryol xəttinin mövcud potensialına nail olması üçün zəruri addımlar atılacaq, prosedurlar sadələşdiriləcək və daşıma əməliyyatları ilə bağlı məsələlər tənzimlənəcək. Bütün bu addımlar BTQ ilə yük daşımalarının artmasına gətirib çıxaracaq.

Protokolin imzalanmasında verdiyi açıqlamada Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib ki, bu marşrut daşımaların artması təqdirində digər dəhlizlərlə rəqabət səviyyəsinə çatacaq.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png