Bu gün bu ərazilərdə su olmayacaq

Abşeron rayonunun bir hissəsində və Sumqayıt stansiyası ərazisində gün ərzində içməli suyun verilişində məhdudiyyətlər olacaq.

ONN media xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O bildirib ki, məhdudiyyətlərə səbəb magistral su kəmərində baş vermiş qəzadır.