Bu smartfonlar zəlzələni müəyyən edəcək

“Xiaomi”nin yeni modelinin istehsalına hazırlıq gedir.

Ağıllı smartfonun iş prinsipinə zəlzələni əvvəlcədən təyin edib istifadəçilərinə məlumat ötürmək də daxildir.

Məlumata görə, yeni sistem Çinin 25 fərqli şəhərində test edilib və 4 baldan yüksək 35 zəlzələni əvvəlcədən təyin edə bilib.

Smartfon bu prosesi xüsusi sensorlar və alqoritm ilə təyin edir.