ONN İnformasiya Agentliyi

Bulvardan dənizə çirkab suları axıdılır? – VİDEO

Bulvardan dənizə çirkab suları axıdılır? – VİDEO
23 May 2022 - 14:26

Bakı şəhərində çirkab suları Xəzər dənizinə axıdılır.

ONN media xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, Bayraq meydanı tərəfində çirkab suları dənizə axıdılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat katibi İradə İbrahimova oxu.az-a bildirib ki, məsələ barədə artıq araşdırma aparılır.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, Xəzərə axıdılan çirkab suları deyil:

“Qrunt sularıdır və tərkibində kükürd var. Vaxtı ilə ərazidən dənizə birbaşa axıdılan kanalizasiya xətlərinin hamısının qarşısı alınıb. Bu gün Bayraq meydanı ərazisindən dənizə heç bir çirkab sularının axıdılması müşahidə olunmur”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png