Cəlilabadda yol qəzası oldu, xəsarət alan var

Cəlilabad rayonunda yol qəzası baş verib.

ONN media  xəbər verir ki, hadisə Cəlilabad şəhərinin mərkəzi küçələrindən birində qeydə alınıb.

Belə ki, qəza zamanı iki “Mercedes” markalı minik avtomobili toqquşub. Nəticədə sürücülərdən biri xəsarət alıb və o, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.