ONN İnformasiya Agentliyi

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasından DANIŞDI

Çavuşoğlu Rusiyanın Türkiyəyə uçuşları dayandırmasından DANIŞDI
14 Aprel 2021 - 11:55

“Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırması ilə bağlı qərarın arxasında siyasi səbəb görmürəm”.

ONN media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyə ilə uçuşları məhdudlaşdırması qərarına münasibət bildirərkən deyib.

“İstər-istəməz bunun mənfi təsirləri olacaq. Uçuşların bərpası istiqamətində fəaliyyət göstəririk. Qərarın arxasında siyasi səbəb görmürəm”, – o vurğulayıb.

XİN başçısı hesab edir ki, Rusiyanın qərarı tamamilə insanların sağlamlığının qorunması ilə bağlıdır: “Almaniya ilə ötən il bu istiqamətdə etdiyimiz əməkdaşlığı Rusiya ilə də görmək istədiyimizi onlara çatdırdıq. Bu çərçivədə Rusiyadan nümayəndə heyəti gəlib, Türkiyədə koronavirusa qarşı mübarizə tədbirlərini yerində araşdıracaq”, –

Qeyd edək ki, Rusiya COVID-19-un yayılması ilə mübarizə çərçivəsində aprelin 15-dən iyunun 1-dək Türkiyəyə uçuşların məhdudlaşdırılması barədə qərar qəbul edib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png