ONN İnformasiya Agentliyi

Ceyhun Bayramov Volkan Bozkırla görüşdü – YENİLƏNİB

Ceyhun Bayramov Volkan Bozkırla görüşdü – YENİLƏNİB
09 Aprel 2021 - 15:36

Bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sədri Volkan Bozkır arasında görüş baş tutub.

Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ceyhun Bayramov BMT Baş Assambleyasının 75-ci sessiyasına uğurla sədrlik etməsi münasibətilə Volkan Bozkırı təbrik edib. Pandemiyaya rəğmən sədrliyin çox fəal şəkildə həyata keçirildiyi qeyd olunub və bu xüsusda, Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslərə BA sədrliyinin dəstəyi məmnunluqla vurğulanıb.

Volkan Bozkır BA sədri qismində ilk səfərlərini reallaşdırdığını bildirib və bu çərçivədə Azərbaycanda olmaqdan qürur duyduğunu qeyd edib. Azərbaycanın həm geostrateji, həm də BMT-yə töhfəsi baxımından vacib ölkə olduğunu ifadə edib. BA sədri Azərbaycam Respublikasının Prezidentinin təşəbbüsü ilə həyata keçirilən COVID-19 ilə mübarizəyə həsr olunan Baş Assambleyanın xüsusi sessiyasının son dərəcə önəmli toplantı olduğunu söyləyib.

Ceyhun Bayramov BA sədrinə bölgədə mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların imzalanması ilə yaranan yeni reallıqlar, işğal faktorunun aradan qaldırılması ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsiplərinə ciddi riayət edilməsi əsasında normallaşdırılması imkanlarının yarandığı, habelə işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, Ermənistanın törətdiyi geniş miqyaslı dağıntılar, mina təhlükəsi barədə məlumat verib.

Tərəflər, həmçinin Azərbaycanla BMT arasında əməkdaşlıq, gələcək fəaliyyət istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır arasında geniş tərkibli görüş başlayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png