ONN İnformasiya Agentliyi

Çörəyin qiyməti ucuzlaşacaq

Çörəyin qiyməti ucuzlaşacaq
17 Sentyabr 2021 - 17:56

Azərbaycanda çörəyin qiyməti ucuzlaşacaq.

ONN media xəbər verir ki, sabahdan etibarən ölkə ərazisində çörəyin qiyməti ilə bağlı süni bahalaşma aradan qaldırılacaq. Belə ki, bir neçə gündür, çörəyin qiymətini qaldıran bəzi istehsalçılar məhsulun köhnə qiymət ilə satışını həyata keçirəcək. Artıq bununla bağlı həmin şirkətlərə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, bir sıra çörək istehsalçıları məhsulun qiymətini qaldırmışdı. Artıq 3 gündür, Bakıdakı marketlərdə “Çörəkçi” və “Nömrə 1” çörəkləri 5-10 qəpik baha satılmağa başlayıb.

Xatırladaq ki, Baş nazir Əli Əsədov ötən gün buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png