ONN İnformasiya Agentliyi

Dırnaqlarınızı sağlam saxlamağın yolu

Dırnaqlarınızı sağlam saxlamağın yolu
29 Noyabr 2021 - 14:13

Bir çox insanın qarşılaşdığı problemlərdən biri də dırnaqların tez-tez qırılması və çatlamasıdır. Dırnaqlarınızın çox həssas olmasından və ya böyüməməsindən şikayət edirsinizsə, o zaman oxumağa davam edin.

ONN media xəbər verir ki, dırnaqlara lazımi diqqət əslində ümumi sağlamlıqla bağlı bəzi xəbərdarlıqlar etməyə başlayırlar. Sarı dırnaqlar göbələk xəstəliyinin əlaməti ola bildiyi kimi, tez-tez dırnaq boyasından istifadə nəticəsində nəfəs ala bilməməsindən də qaynaqlana bilər. Qısaca dırnaqların həssaslığı həm daxili, həm də xarici səbələrdən qaynaqlanır.

Bunun üçün gün ərzində kifayət qədər protein istehlak etməyə çalışın. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, normal çəkidə olan bir insan hər kq.-a ən azı 0,45 q. protein qəbul etməlidir.

Saçları və dırnaqları gücləndirmənin digər bir yolu isə biotindir (B qrupu vitaminlərindən biridir). Tərkibi bu vitaminlə zəngin olan süd, yumurta, kartof, soya, fındıq, qoz kimi qidalar istehlak etməyə üstünlük verin.

Qabları yuyarkən su və kimyəvi maddələrlə təmas etməmək üçün əlcəklərdən istifadə edin. Çünki əllərin yuyucu vasitəyə və ya suya həddindən çox məruz qalması dırnaqların daha tez qırılmasını asanlaşdırır.

Limon dırnaqları gücləndirmək üçün illərdir istifadə olunan təbii vasitədir. Bir xörək qaşığı zeytun yağına bir neçə damcı limon suyu əlavə edib qarışdırın. Dırnaqları və əlləri bu qarışımla masaj edin. Bu prosesi yatmazdan əvvəl edin. Yatarkən əlcək geyinin ki, maska daha yaxşı dəriyə hopa bilsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png