ONN İnformasiya Agentliyi

Ermənistan bunu ləğv etsə… – İlham Əliyev

Ermənistan bunu ləğv etsə… – İlham Əliyev
26 Fevral 2021 - 14:50

Qarabağla bağlı koordinasiya qrupunun toplantısının fevralın 27-də Moskvada keçirilməsi planlaşdırılmışdı. Ancaq İrəvan tərəfindən hələ dəqiq bir cavab yoxdur.

ONN media  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib.

“İki görüş artıq keçirilib. Üçüncüsü sabah Moskvada planlaşdırılırdı, amma İrəvanın bunu təxirə saldığı və ya salmadığı barədə hələ mənə məlumat verilməyib. Təxirə salınması olarsa, bunu anlayışla qəbul edəcəyik”.

Qeyd edək ki, yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderləri arasındakı danışıqlardan sonra Rusiya Prezidenti üç ölkənin baş nazir müavinlərinin rəhbərlik etdiyi işçi qrupun yaradıldığını elan etmişdi. İşçi qrup Qarabağın inkişaf planlarını martın 1-dək təqdim etməlidir.

Ermənistan, Rusiya və Azərbaycanın üçtərəfli işçi qrupunun ikinci iclası fevralın 12-də videokonfrans formatında keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png