ONN İnformasiya Agentliyi

Ermənistan polisi də AYAĞA QALXDI: bütün general-mayor və polkovniklər…

Ermənistan polisi də AYAĞA QALXDI: bütün general-mayor və polkovniklər…
25 Fevral 2021 - 18:09

Ermənistan polisi baş nazir və hökumətin istefası tələbinə qoşulub.

ONN media xəbər verir ki, 30 general-mayor və polkovnikin imzaladığı bəyanatda deyilir:

“Ölkədə müharibədən sonrakı böhran vəziyyəti erkən həll tələb edir. Ordunun komandanlığına dəstəyimizi bildiririk və vətənin taleyi ilə bağlı narahatlığın diktə etdiyi bəyanata qoşuluruq. Polis məmurlarını Nikol Paşinyanın qanunsuz təlimatlarına tabe olmamağa və xalqa güc tətbiq etməməyə çağırırıq.

İctimaiyyəti təxribatlara uymamağa və hakimiyyəti qorumağa yönəlmiş addımlardan çəkinməyə çağırırıq. Ölkədəki mövcud vəziyyətin yeganə həlli hakimiyyətin istefasıdır. Hazırkı hakimiyyəti ölkədəki vəziyyəti sabitləşdirməkdən çəkinərək, sarsıntı keçirmədən dinc yolla getməyə çağırırıq”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png