ONN İnformasiya Agentliyi

Ermənistanda daha 4 nəfər koronavirusun qurbanı oldu

Ermənistanda daha 4 nəfər koronavirusun qurbanı oldu
23 Fevral 2021 - 15:22
Ermənistanda son sutkada daha 166 nəfər COVID-19-a yoluxub.

ONN media xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 672-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 171-ə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 803 nəfərdir. İndiyədək 162 329 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 366 aktiv koronavirus xəstəsi var.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png