Ermənistanda qəza: 5 ölü, 12 yaralı

Bu gün səhər saatlarında Ermənistanda dəhşətli yol qəzası qeydə alınıb.

ONN media Ermənistan mediasına istinadla xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hadisə saat 07:00 radələrində İrəvan-Gümrü avtomobil yolunun 50-ci kilometrliyində baş verib. “Gazelle” markalı avtomobil yoldan çıxaraq beton maneələrə çırpılıb.