ONN İnformasiya Agentliyi

Ermənistanın itkin hərbçilərinin sayı 1 530-a çatır

Ermənistanın itkin hərbçilərinin sayı 1 530-a çatır
07 Aprel 2021 - 11:38

Ermənilərin ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçiləri ilə bağlı bugünkü axtarışları nəticəsiz qalıb.

ONN media  bildirir ki, bu gün bəzi ərazilərdə aparılan axtarışlar zamanı heç bir erməni hərbçinin meyiti tapılmayıb. Bununla belə, Ermənistan mətbuatı noyabrın 13-dən bu günə kimi ikinci Qarabağ müharibəsində əvvəllər itkin düşdüyü hesab edilən 1 529 hərbçinin meyitinin tapıldığını xəbər verib.

Qeyd edilir ki, axtarışlar sabah Cəbrayıl rayonunda davam etdiriləcək.

Xatırladaq ki, itkin erməni hərbçilərin valideynləri, habelə digər doğmaları Qarabağda övladlarının axtarışlarından narazı qalıblar. Onlar bu səbəbdən dəfələrlə Ermənistanın Müdafiə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçiriblər. Bu səbəbdən axtarışlarda itkin hərbçilərin yaxınları da iştirak edirlər.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png