ONN İnformasiya Agentliyi

“Eurovision”da tamaşaçı iştirakına İCAZƏ VERİLDİ

“Eurovision”da tamaşaçı iştirakına İCAZƏ VERİLDİ
09 Aprel 2021 - 22:14

Niderlandın Rotterdam şəhərində keçiriləcək “Eurovision-2021” Beynəlxalq Mahnı Müsabiqəsində tamaşaçıların iştirakına icazə verilib.

ONN media  xəbər verir ki, bu haqda müsabiqənin saytında qeyd edilib.

Niderland Yayım Korporasiyası pandemiya şəraitində kütləvi tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsi prosesini öyrənmək məqsədilə hökumətin bu qərarı verdiyini açıqlayıb.

Altı məşq, iki yarımfinal və finaldan ibarət doqquz şounun hər birində eyni vaxtda 3,5 min nəfər tamaşaçı iştirak edəcək. Lakin zala daxil olmaq üçün onlardan COVID-19 testinin neqativ cavabı tələb olunacaq.

Xatırladaq ki, ötən il koronavirus pandemiyası səbəbilə ləğv edilən “Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi 18-22 may tarixlərində Rotterdamın “Ahoy” arenasında təşkil ediləcək. Ölkəmizi müsabiqədə müğənni Əfəndi təmsil edəcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png