Ev almaq istəyənlərin DİQQƏTİNƏ: Bu incəlikləri mütləq nəzərə alın – VİDEO

Aylardır ki, satışa çıxarılmasına baxmayaraq, hələ də müştərisi tapılmayan evlər var.

Bu barədə “Xəzər” TV sujet hazırlayıb.

Ekspertlər deyirlər ki, bunlar müəyyən risk qrupuna daxil olan evlərdir. Məsələn mənzilin sənədinin olmaması, alıcıları  qaçırır. Lakin bununla kifayətlənmir. Bəzi başqa detallar da var ki, bunlar da çox zaman  alıcıları qane etmir. Söhbət hansı detallardan gedir, əmlak eksperti açıqlayıb.

Satılması ilə bağlı elanı aylarla saytlarda və ya daşınmaz əmlak ofislərində olsa da hələ də müştərisi tapılmır.

Söhbət paytaxda satışa çıxarılan bəzi evlərdən gedir. Əmlak eksperti Nofəl Quliyev deyir ki, paytaxda belə mənzillər çoxdur.

Rieltor Həşim Qədirov hesab edir ki, yeni inşa edilən bəzi çoxmərtəbəli binaların layihəsi satışa çox təsir edir. Əmlakçı hətta layihəyə görə, 3 ilə yaxın bir mənzili sata bilmədiyini deyir.
Mənzil sahibinin 15 min manat endirim etməsi də satışa kömək etməyib. Bundan başqa sahəsi böyük amma otaq sayı az olan evlərə də maraq azdır.

Ekspertlər deyirlər ki, yüksək gərginlikli Elektrik xətlərinin altında olan, müəyyən mühafizə zolaqlarına yaxın yerlərdə tikilən həyət evlərinə çıxarış verilmədiyindən bunların da satışı zəif olur.