ONN İnformasiya Agentliyi

Gəncədə partlayış: 3 nəfər xəsarət aldı

Gəncədə partlayış: 3 nəfər xəsarət aldı
12 İyun 2021 - 12:00

Gəncə şəhəri, H.Əliyev prospektində 4 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində partlayış baş verib.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Rüzigar Salman oğlu Rzayev, 1981-ci il təvəllüdlü Mehdi Mirağa oğlu Cabbarov və İradə Oqtay qızı Rzayeva ağır yanıq xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, hadisə qaz sızması nəticəsində baş verib

***

Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 40 m2 olan birotaqlı mənzildə yanğınla nəticələnən partlayış (ilkin ehtimala görə qaz sızması səbəbindən) baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 70 m2 olan ikiotaqlı qonşu mənzilin yanar konstruksiyaları 60 m2 sahədə yanıb.

Partlayışın zərbəsindən hər iki mənzilin divarları (arakəsmə divarlar) dağılıb, qapı və pəncərə çərçivəsi yerindən çıxıb. Digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə nəticəsində 3 nəfər xəsarət alıb, 15 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png