Gəncəliyevdən Xankəndi ilə bağlı VACİB TƏKLİF

“Ölkə olaraq bizim əsas vəzifəmizdən biri Qarabağa ləyaqətli qayıtmaq və orada yaşayışı təmin etməkdir”.

ONN media  xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı Xankəndini təmsil edən deputat Tural Gəncəliyev səsləndirib.

Gəncəliyev deyib ki, orada görüləcək əsas iş xüsusilə Rusiya sülhməramlıları olan ərazilərə köçürüləcək gənclərin təhsil səviyyəsini yüksəltməkdir:

“Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb. Amma orada olan məktəb yararsız vəziyyətdədir. Qeyd etdiyim məktəbə dəyərləndirmə komissiyasının köçürülməsini və Xankəndiyə qayıdana qədər orada yaşayan xankəndililərə yeni məktəb binası verilməsini təklif edirəm”.