ONN İnformasiya Agentliyi

Gorus-Qafan yolu qapalı müzakirəyə çıxarılır

Gorus-Qafan yolu qapalı müzakirəyə çıxarılır
14 Sentyabr 2021 - 15:36

Ermənistan Milli Məclisində Qorus-Qafan yolundakı vəziyyətlə bağlı qapalı görüşün keçirilməsi razılaşdırılıb.

ONN media xəbər verir ki, bunu “Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Dünən fraksiya adından toplantıda birinci şəxslərin də iştirak etməsi təklifi ilə bir məktub göndərdik. Vəziyyətlə əlaqədar tam məlumat almalıyıq”.

Artsvik Minasyan qeyd edib ki, müzakirədə dövlət sirri elementləri ola bilər, onlar da qapalı müzakirəyə hazırdırlar.

Millət vəkili əlavə edib ki, İran tərəfi ilə lazımi işlərin aparıldığını və beynəlxalq aləmdə hansı proseslərin getdiyini Xarici İşlər Nazirliyindən öyrənilməlidir.

“Milli Məclisin rəhbərliyi ilə aparılan müzakirələr nəticəsində qapalı müzakirənin keçirilməsinə qərar verilib. Rəhbərlik yüksək vəzifəli şəxslərin olmasını təmin etmək üçün əlindən gələni edəcək, çünki onlardan bəziləri Ermənistanda deyil, amma geri dönmələrini gözləyirik. Müzakirənin ən qısa müddətdə təşkil edilməsi qərara alınıb. İclas ya bu gün, ya da sabah olacaq”, – deyə Artsvik Minasyan yekunlaşdırıb.  /Yenisabah.az/

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png