Güclü zəlzələ Sakit okeanı SİLKƏLƏDİ

Sakit okeanın Kermadek arxipelaqı bölgəsində zəlzələ qeydə alınıb.

Zələzələ 6,1 maqnitudasında olub.

Məlumata əsasən, yeraltı təkanların episentri 105 min əhalisi olan Tauranq şəhərindən 1070 km şimal-şərqdə yerləşib, ocağı 11 km dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.