ONN İnformasiya Agentliyi

Gündəmə çevrilən dərsliklə bağlı AÇIQLAMA

Gündəmə çevrilən dərsliklə bağlı AÇIQLAMA
18 Yanvar 2022 - 15:58

4-cü sinif “Rus dili” dərsliyində olan mətn səhvi elektron versiyada aradan qaldırılıb

ONN media bildirir ki, bu barədə “Şərq-Qərb” nəşriyyatı ANS medianın sorğusuna cavab olaraq bildirilib.

Bildirilib ki, “Dərsliklər nəşriyyatlar tərəfindən hazırlanır və bir neçə mərhələdən ibarət ekspertizadan keçir. Bu zaman dərsliyə mütəxəssislər, müvafiq elmi-pedaqoji qurumlar rəy verir. Həmçinin dərslik layihələri ictimaiyyətin müzakirəsi üçün  www.trims.edu.az saytında yerləşdirilir.

Ümumi təhsil müəssisələrinin tədris rus dilində aparılan 4-cü sinifləri üçün “Rus dili” dərsliyində 1990-cı ilin 20 Yanvar faciəsini əks etdirən (səh.105) mətndə  tərcümə xətasına yol verildiyindən tarixi fakt təhrif olunmuşdur ki, bu da müvafiq dəyişiklik edilməsini zəruri edir. Bildiririk ki, 2019-cu ildə hazırlanmış bu dərsliyin elektron variantında düzəliş edilərək www.trims.edu.az saytında yerləşdirilib”.

Qeyd edək ki, dərslikdə 20 Yanvar faciəsinin sovet ordusu ilə AXC silahlı dəstələri arasında baş verməsi qeyd edilmişdi.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png