ONN İnformasiya Agentliyi

Həbsdə olan daha bir sabiq icra başçısının oğlu YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ

Həbsdə olan daha bir sabiq icra başçısının oğlu YÜKSƏK VƏZİFƏYƏ TƏYİN EDİLDİ
13 Yanvar 2021 - 15:38

Ağstafa Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Nizaməddin Quliyevin oğlu Ramal Quliyev Prokurorluq orqanlarında yeni təyinat alıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmri ilə Ramal Quliyev Quba rayon prokurorunun köməkçisi vəzifəsinə təyin olunub.

Bildirilib ki, rayon prokurorunun köməkçisi vəzifəsi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna görə ən sonuncu – 9-cu təsnifata aiddir.

Qeyd edək ki, bir neçə gün əvvəl İmişli rayon İcra Hakimiyyətinin həbs edilmiş sabiq başçısı Vilyam Hacıyevin oğlu da prokorurluq orqanlarında müstəntiq vəzifəsinə təyin edilib. O da Ramal Quliyev kimi atasının həbsindən sonra vəzifədən kənarlaşdırılaraq sərəncama götürülmüşdü.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png