ONN İnformasiya Agentliyi

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti AÇIQLANDI

Hərbi Qənimətlər Parkına giriş üçün biletin qiyməti AÇIQLANDI
14 Aprel 2021 - 17:24
Bu gündən Hərbi Qənimətlər Parkına ziyarətçilərin daxil olmasına icazə verilib.

ONN media bildirir ki, parka giriş vətəndaşlar üçün 2 manat miqdarında nəzərdə tutulub.

Məkana giriş 6 yaşadək uşaqlar, şəhid ailələri və qazilər üçün pulsuzdur.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib. Parkda ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png