ONN İnformasiya Agentliyi

Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu – FOTO

Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu – FOTO
26 Fevral 2021 - 23:59

Bu gün, fevral ayının 26 -da Niderland krallığının Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılış mərasimi keçirilmişdir.

ONN media  xəbər verir ki, Hollanda Azərbaycan Türk Kültür dərnəyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycanın Niderland krallığındakı səfiri Fikrət Axundov, Türkiyənin Niderland krallığındakı səfiri Şaban Dişli, Niderland parlamentinin Denk partiyasından olan millət vəkili Selcuk Öztürk, Haaqa məzarlığının rəhbəri Linda Jansen, Avropada olan müxtəlif diaspora təşkilatlarının rəhbərləri və xaricdə yaşayan Azərbaycan və Türk vətəndaşları iştirak etmişdir. Hollanda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqının açılış çıxışından sonra yeni abidənin lenti kəsildi, soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi, abidə üzərinə əklil və gül dəstələri qoyuldu.

Tədbir daha sonra məzarlığın toplantı zalında davam etdirildi. Qısa çıxışlarla Azərbaycan və Türkiyə səfirləri, Hollanda Azərbaycan Türk Kültür dərnəyinin başqanı İlhan Aşqın, məzarlığın müdiri Linda Jansen, Ana Vətən dərnəyinin sədri Maisə Ağamirzəyeva və başqaları tədbir iştirakçıları ilə öz fikirlərini bölüşdülər.  Çıxış edənlər yekdil olaraq erməni cəlladları tərəfindən törədilən Xocalı soyqırımının bütün insanlığın faciəsi olduğunu, onun dəhşətlərinin heç vaxt unudulmayacağını və bu soyqırımın başqa dövlətlər tərəfindən rəsmi olaraq tanınmasına çalışmağın vacibliyini qeyd etdilər. Tədbirin sonunda Hollanda Azərbaycan Türk Kültür dərnəyinin sədri İlhan Aşqın yeni soyqırım abidəsinin sponsorlarına, habelə abidənin qoyulması ilə bağlı lazım olan işlərdə zəhməti keçmiş bütün insanlara təşəkkür etdi. Mövcud pandemiya şəraiti nəzərə alınmaqla keçirilən mərasim iştirakçılara çay və qəhvə ikramı ilə başa çatdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu – FOTO
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu – FOTO
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu – FOTO
Haaqa şəhərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılan yeni abidənin açılışı oldu – FOTO
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png